Hədiyyəli kitab oxuma yarışması

“Libra kitab” nəşriyyatı məktəblilər arasında mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onları dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri ilə tanış etmək məqsədilə “Hədiyyəli kitab oxuma müsabiqəsi”nə start verir.       

Kitab oxuma yarışına qatılmaq üçün şərtlər:

l. “Emil və detektivlər” kitabı əldə olunmalıdır.
(Kitabı Bakı daxilində 3 mağazadan əldə edə bilərsiniz: 1. “Mənbə” kitab mağazası (Nərmanov metro stansiyası yaxınlığı). 2. “Kitabevim az” mağazası (28 May metro stansiyası yaxınlığı), 3. “Bilik” kitab evi (Həzi Aslanov metrosunun çıxışı). Rayonlara poçt vasitəsilə göndərilir.)

Qeydiyyatdan keçən hər kəsə ödənişsiz 3 seminardan birində iştirak etmək:
1. Kitabların gizli gücü
2. Bütün qiymətlərimin “5”olması üçün necə çalışmalıyam?
3. Xaricdə təhsil və karyera planlaması seminarı (8-ci sinif və yuxarı siniflər üçün)

Qaliblərə mükafatlar: 
1. l yer üçün “Edu distance” kursunun ingilis dili dərslərinə 50% endirim
2. ll yer üçün “Edu distance” kursunun ingilis dili dərslərinə 40% endirim
3. lll yer üçün “Edu distance” kursunun ingilis dili dərslərinə 30% endirim
4. İlk 20 yerə sertifikat
5. İlk 10 yerə müxtəlif hədiyyələr 
6. Sualların 60 %-nə və ondan artığına düzgün cavab verən hər kəs üçün 3 aylıq (həftədə 1 dəfə olmaqla) alman və ingilis dillərində Danışıq klublarında ödənişsiz iştirak etmək

İmtahanın tarixi: 29 may 2022-ci il

Baxış sayı : 566