Günel Xəlilova (Günel Rəcəb) 1985-ci ildə Naxçıvan MR-da anadan olub. 2003-2007-ci illərdə Bakı Slavyan Universitetində Azərbaycan filologiyası ixtisası üzrə bakalavr təhsili alıb. 2011-ci ildə eyni universitetin magistratura şöbəsini “Azərbaycan ədəbiyyatı” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2012-2015-ci illərdə AMEA Folklor İnstitutunda doktorantura pilləsində təhsilini davam etdirib.
Bu illər ərzində müxtəlif tədris müəssisələrində müəllim kimi fəaliyyət göstərib. İngiliscədən tərcümə etdiyi Redyard Kiplinqin “Cəsur kapitanlar” romanı “Libra kitab” nəşriyyatı tərəfindən çap olunub. Lirik şeirlərdən ibarət “Ovsun” adlı kitabı 2019-cu ildə işıq üzü görüb. 2021-ci ildə isə hələlik “Murmurasiya” adlı kitabı nəşr edilib.