Dünya ədəbiyyatında “Şolom Aleyxem” imzası ilə tanınan məşhur yazıçı Solomon Naumoviç Rabinoviç 1859-cu ildə Ukraynada anadan olmuşdur. Uşaqlıq həyatı acınacaqlı keçmiş, əvvəlcə anası, sonra atası vəfat etmişdir. Tale Şolom Aleyxemi əvvəlcə Almaniyaya, Birinci Dünya müharibəsi başlananda isə Amerikaya getməyə məcbur etmişdir. O, 1916-cı ildə Nyu-Yorkda vəfat etmişdir.
Şolom Aleyxem özünəməxsus istedadı ilə seçilən yazıçılardandır. İnsan xislətinə xas ən incə mətləbləri müxtəlif xarakterli personajların dili ilə böyük ustalıqla açan yazıçı əsərlərində yaşadığı dövrün eybəcərliklərinə gülür, cəhaləti və savadsızlığı doğuran səbəbləri satira hədəfinə çevirir.
Yazıçının əsərlərində işlətdiyi “Şolom Aleyxem” imzası Azərbaycan dilində işlənən “Salaməleyküm” sözünə uyğun gəlir. Bu məşhur kəlamı özünə yaradıcılıq təxəllüsü seçmiş yazıçı əsərlərində sanki insanlara mesaj göndərir: bir-birinizə salam verməkdən çəkinməyin, dünyanın bütün xoşbəxtliklərinin açarı bu kəlməyə bağlıdır.
Şolom Aleyxem Lev Tolstoy və Anton Çexov ilə məktublaşmış, Maksim Qorki onu “səmimi, hörmətli sənət yoldaşı״ adlandırmışdır.
Şolom Aleyxemin əsərlərində təsvir etdiyi səhnələr, yaratdığı qəhrəmanlar öz təbiiliyi və canlılığı ilə indi də oxucunu cəlb edir, əsərləri hamı tәrəfindən sеvilə-sеvilә oхunur.