Abbasova Rəfiqə Qasım qızı (Rəfiqə Qasımqızı) 1954-cü ildə Şəmkir rayonunun Çinarlı qəsəbəsində ziyalı ailəsində anadan olmuşdur. 1978-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda təhsilini başa vurduqdan sonra Şəmkir rayonunda həkimlik fəaliyyətinə başlamışdır. Hal-hazırda fəaliyyətini davam etdirir.
Rəfiqə Qasımqızı eyni zamanda ədəbi yaradıcılıqla məşğul olur. Dövri mətbuatda, qəzet və jurnallarda, müxtəlif antologiyalarda şeirləri dərc olunur. ''Yaşanan ömrümdə yeni ömürsən'', ''Payız dodağında oxunan nəğməm'', körpə balalar üçün ''Utancaq bənövşələr'' kimi bir çox kitabların müəllifidir. AYB-nin və ''İraq-Türkmən Ədəbiyyatı və Yazarları'' birliyinin üzvüdür. 2020-ci ildə ''Qızıl qələm'' mükafatına layiq görülüb.