Bu kitabda G.Rəcəb, M.Plyatskovski, S.Prokofyeva kimi Azərbaycan və əcnəbi uşaq yazıçılarının bir-birindən maraqlı nağılları toplanmışdır. Bu nağılların seçilməsində uşaqların nitq və anlama- qavrama qabiliyyətini inkişaf etdirmək, söz ehtiyatını artırmaq prinsipləri əsas götürülmüşdür. Hər nağıla aid rəsmlər isə uşaqların hadisəni daha yaxşı qavramasına, obrazlar haqqında təsəvvürlərinin formalaşmasına kömək edir. Qeyd edək ki, bu silsilə hazırlanarkən müəllim və psixoloqlardan rəy alınmışdır.