Bu kitab insanın zinəti sayılan dürüstlükdən, doğruluqdan bəhs edən hekayələr toplusudur. Hər bir hekayə maraqlı hadisələr, bəzən macəra dolu əhvalatlar vasitəsilə uşaqlara dürüst olmağı öyrədir. Yalançılıq, nankorluq kimi mənfi davranışların pis aqibətini göstərərək balacaları düz sözlü, dürüst xasiyyətli
olmağa çağırır.