Evdən qaçan corabların heyrətamiz sərgüzəştləri
- Müəllif : Yustina Bednarek
- Tərcüməçi : Zeynəb Səmədova
- Səhifə sayı : 168
- Kitabın ölçüsü : 148 x 210
- Qiymət : 7.5 AZN
Baxış sayı : 5
Baxış sayı : 5
Elə olubmu ki, corabının bir tayı evdə birdən-birə yoxa çıxsın, sən də onu tapa bilməyəsən?! Yustina Bednarekin bestseller silsiləsinin ikinci əsəri də məhz həmin yoxa çıxan corabların yeni macəralarına həsr olunub. Bu kitab da Daniel de Latourun bənzərsiz illüstrasiyaları ilə təqdim olunur. Yustina Bednarekin corab obrazları dəyişiklik və macəra arzusundadır. Müəllif göstərir ki, onlar macəralara atılaraq təkcə öz həyatlarını deyil, bir çox insan və heyvanın taleyini də dəyişir. Yazıçı öyrədir ki, bu hər birimizin məqsədi olmalıdır – fərqi yoxdur, insanıq, yoxsa corab. Uşaqlar, şübhəsiz ki, yeni obrazlarla tanış olmağa sevinəcəklər: kosmosa uçan tünd-qırmızı corab, məşhur bir yazıçının ilham pərisi olan mavi corab və superqəhrəmana çevrilən qara corab kimi maraqlı qəhrəmanlar onları gözləyir.