Hans və Qratel Hollandiyada yaşayan kasıb ailənin uşaqlardır. Valideyn lərinin
konki almağa belə pulları olmadığına görə Hansın düzəltdiyi taxta konki ilə
sürüşürlər. Bacı-qardaş bir gün öyrənir ki, yaxında konki yarışı olacaq. Qalibə
də mükafat kimi bir cüt gümüş konki verəcəklər. Artıq Hans və Qratelin tək
məqsədi var: yarışda qalib gəlmək.
Əslində, Hans və Qratelin ailəsi əvvəllər imkanlı olub. Atasının qəza keçirməsi
və yaddaşını itirməsi hər şeyi dəyişdirib. Cənab Brinker qəzadan sonra heç nəyi
xatırlamır. Hətta uşaqlarının gələcəyi üçün yığıb gizlətdiyi pulların yerini belə...
Amma bir hadisə hər şeyi dəyişir.
Həyəcan dolu süjeti ilə əsər sizi bir an belə sıxılmağa qoymayacaq...