Kiçik su damcısının dünya səyahəti
- Müəllif : Sara Gürbüz Özərən
- Tərcüməçi : İmanyar Quliyev
- Səhifə sayı : 152
- Kitabın ölçüsü : 125x185
- Qiymət : 7.5 AZN
Baxış sayı : 2489
Baxış sayı : 2489
Budur, əlinizdə maraqlı bir macəra kitabı var... 1912-ci ildə baş vermiş “Titanik” qəzası nəticəsində aysberqdən qopan kiçik bir su damcısının təxminən bir əsrlik səyahəti.
Su damcısı ilə birlikdə Atlantik okeanından Afrikaya, Avropadan İstanbul boğazına, Qara dənizdən Şərqi Anadoluya doğru dünya turuna çıxacaqsınız.
Kiçik su damcısının gözü ilə suyun hər forması ilə tanış olacaq, gah buzlaqda buz zərrəciyi, gah okeanda damla, gah da səmada bulud olmağın həyəcanını yaşayacaqsınız.
Burada təkcə macəradan zövq almayacaqsınız, həm də su turbinlərinin enerjini necə əldə etdiyini, su dəyirmanlarının işləmə qaydasını öyrənəcəksiniz. Su damcısı ilə birlikdə qar olub dağlara yağacaq, yağış olub düzənliklərə səpələnəcək, bulaqlardan fışqıracaq, sel olub tarlalara axacaqsınız.
Bu macəra dolu roman sayəsində yerin və göyün möhtəşəm quruluşunu, təbiət hadisələrinin sirrini coğrafi biliklərin işığında kəşf edəcəksiniz. İkibaşlı qartaldan “Cirit” oyununa qədər bir sıra Anadolu motivləri ilə tanış olacaqsınız.
Bu romanda su damcısının keçdiyi mərhələlər: buz olması, buxarlanması, mayeyə çevrilməsi hekayə şəklində təqdim edilmişdir. Buz zərrəsi donu açılıb suya çevrilir, yağış olub yağır, qar olub səpələnir. Uşaqlar bu romanı oxuduqca kiçicik bir su damcısının adicə damla olmadığını, torpağa yağıb bitkiləri cücərdənə qədər neçə mərhələdən keçdiyini görəcək, macəra boyu coğrafiyaya, təbiət hadisələrinə dair maraqlı məlumatlar əldə edəcəklər.