Körpənin 0-2 yaş mərhələsi analardan xüsusi qayğı tələb edir. Bu dövrdən başlayaraq körpələr ətraf mühiti dərk etməyə başlayır, ilkin bilik və bacarıqlara yiyələnirlər. Oyun bu dövrdə uşaq fəaliyyətinin əsas hissəsi hesab edilir. Bu kitabda valideyn və tərbiyəçi-müəllimlərə 175 oyun təqdim olunur. Ev şəraitində hazırlanıb tətbiq edilə biləcək, bir-birindən maraqlı bu oyunlar vasitəsilə körpələrlə həm faydalı vaxt keçirəcək, həm də ətraf aləmi dərk etməkdə onlara kömək edəcəksiniz. Kitab valideynlər, eləcə də məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlər üçün nəzərdə tutulmuşdur.