Uşaqlar niyə fərqlidir? - Enneaqramın 9 temperament modelinə əsasən şəxsiyyətin inkişafı
- Müəllif : İsmail Acarkan
- Tərcüməçi : Aybəniz Həsənova
- Silsilə adı : Enneaqram
- Səhifə sayı : 304
- Kitabın ölçüsü : 140x210
- Qiymət : 12 AZN
Baxış sayı : 2206
Baxış sayı : 2206
Mən xarakteri “tip 1” olan bir anayam. Qızımın temperamenti isə “tip 2”dir. Qızımın emosionallığını çox vaxt anlamaqda çətinlik çəkirdim. Onu bir səhvinə görə tənqid edəndə "Bilirəm ki, məni çox istəmirsən” deyirdi. Ondan bu cür reaksiyanı heç gözləmirdim. Halbuki mən onun səhvlərini düzəltmək istəyirdim. Amma qızım “tip 2” xarakterli bir uşaq olaraq bu tənqidimi onu sevməməyə yozurdu. Mən qızımın temperament tipini biləndən sonra artıq öz xasiyyətimi bir kənara qoyub onun ehtiyaclarına daha həssas yanaşmağa başladım. Bundan sonra onu çox istədiyimi və onun mənim üçün çox dəyərli olduğunu hiss etdirərək tənqidlərimi yumşaq şəkildə dilə gətirməyə çalışdım.
BİRLƏR: Dürüstlüyə fokuslanan, ciddi, təmkinli və qaydapərəst
İKİLƏR: Emosional, xeyirxah, istiqanlı və dostcanlı
ÜÇLƏR: Rəqabətcil, iddialı, uğura fokuslanan və diqqət mərkəzində olmağa can atan
DÖRDLƏR: Həssas, tez inciyən, özünəməxsus, orijinal və fərdiyyətçiliyə düşkün
BEŞLƏR: Öyrənməyə həvəsli, müşahidəçi, təmkinli və rasional
ALTILAR: Güvən axtaran, ehtiyatlı, tərəddüdlü, zərərdən çəkinən
YEDDİLƏR: Yeniliyi sevən, əyləncəyə meyilli, hər şeylə maraqlanan və hərəkətli
SƏKKİZLƏR: Cəsur, güclü, özünə inanan və hökmlü
DOQQUZLAR: Mülayim, öz aləmində olan, yumşaq xasiyyətli və sakit təbiətli