Mayın 5-də S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Elm Festivalı keçirildi. Festival Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Gimnaziyanın direktoru İlqar Talıbov giriş sözü ilə çıxış edərək festival iştirakçılarını salamladı, müasir dövrdə istedadlı şagirdlərin aşkar edilməsi və onların yaradıcı potensialının inkişafı ilə bağlı elm festivalların keçirilməsinin zəruri olduğunu bildirdi.
Festivalda bir sıra mütəxəssislərlə yanaşı, “Libra kitab” nəşriyyatının baş redaktoru f.ü.f.d İmanyar Quliyev, Nicat Əliyev və Fəhmin Mirzənin də daxil olduğu münsiflər heyəti şagirdlərin hazırladıqları layihələri qiymətləndirdilər. Daha sonra qaliblər medal, sertifikat və qiymətli hədiyyələrlə təltif olundular. “Libra kitab” nəşriyyatı olaraq qalib şagirdləri bir daha təbrik edir, təhsil nailiyyətləri arzulayırıq.
Baxış sayı : 298