"Libra Kitab" nəşriyyatı “Müasir uşaq ədəbiyyatı” seminarında iştirak edib.

“Libra kitab” nəşriyyatının əməkdaşları psixologiya elmləri üzrə fəlsəfə doktoru, dos., ADPU-nun SABAH qruplarının rəhbəri Lalə Mürsəlbəyovanın təşkilatçılığı ilə keçirilən “Müasir uşaq ədəbiyyatı” seminarında iştirak edib.
Seminarda “Libra kitab” nəşriyyatının direktoru Veysəl Məmmədov “Kitab sənayesi”, nəşriyyatın redaktoru Nicat Əliyev “Müasir uşaq ədəbiyyatı”,
nəşriyyatın baş redaktoru fil.ü.f.d. İmanyar Quliyev isə
“Uşaq kitablarının nəşr prinsipləri” mövzusunda çıxış edib.
Seminarda çıxış edən Bakı Avrasiya Universitetinin Ümumi Filologiya kafedrasının müdiri fil.ü.f.d, dos. Elmira Məmmədova-Kekeç uşaq ədəbiyyatı sahəsində bir çox problemlərin olmasından və bu cür görüşlərin əhəmiyyətindən danışaraq çıxışçılara təşəkkürünü bildirib.
Görüş ADPU- da keçirilib.
İştirak edən hərkəsə təşəkkür edirik🙏🏻❤️

Baxış sayı : 344