Yazıçımız uşaq psixoloqu Nərmin Rəhimlinin "Övladım mənə nə demək istəyir?" adlı seminarı baş tutdu.

24 fevralda “Libra kitab” nəşriyyatının təşkilatçılığı ilə Xəzər Universitetinin (Bakıxanov filialı) akt zalında uşaq psixoloqu Nərmin Rəhimlinin "Övladım mənə nə demək istəyir?" adlı seminarı baş tutdu. Psixoloq əvvəlcə valideynlərə uşaqlarla oyun oynamağın faydaları, oyun oynanılmayan uşaqların qarşılaşdığı problemlər və uşaqların şəkil çəkmələri haqqında məlumat verdi. 
Daha sonra uşaqların çəkdikləri şəkillər haqqındakı psixoloji rəyləri valideynlərinə təqdim olundu. Sonda Nərmin Rəhimli valideynlərin suallarını cavablandırdı. 
Bu faydalı və maraqlı tədbir üçün "Danışan şəkillər" kitabının müəllifi, psixoloq Nərmin Rəhimliyə, Xəzər universitetinə, Xəzər Universitetinin nümayəndəsi Anar Fərmanova, seminarda iştirak edən valideynlərə və balaca oxucularımıza təşəkkür edirik. 
 

Baxış sayı : 193