“Mənəvi Birlik Günü” adlı tədbir təşkil olundu.

20 dekabr 2019-cu il tarixində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə məcburi köçkün uşaqları üçün “Mənəvi Birlik Günü” adlı tədbir təşkil olundu. 
Tədbirin təşkilatçıları Peşə Yönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyinin sədri İradə Əlili, Peşə Yönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyinin ictimai əlaqələr şöbəsinin rəhbəri və eyni zamanda "Sübhan Sosial İctimai Problemlər Həllinə Yardım" İctimai Birliyinin sədri Gülnarə Hüseynova, Sabunçu rayon Mərkəzləşmiş Kitabxana Sisteminin 12 saylı kitabxana filialı və Ə. Paşayev adına Mədəniyyət evi idi. 
Tədbirdə Qaradağ rayon Müşfiqabad qəsəbəsi (Cəbrayıl) akad. M. Mehdizadə adına tam orta məktəbin şagirdləri fəal iştirak etdilər. Tədbirdə bir çox tanınmış simalar, elm xadimləri, ziyalılar, o cümlədən Azad Azərbaycan Televiziyasında "ATV Xəbər" verilişinin aparıcısı Lalə Azərtaş, şair-publisist Fəxrəddin Meydanlı, Parataekvando üzrə Azərbaycan Milli yığmasının üzvü, Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası ictimai birliyinin sədri Aynur Məmmədova “Libra Kitab” nəşriyyatının redaktoru Nicat Əliyev və bir çox tanınmış gənc müğənnilər iştirak etdilər. Sonda tədbirin təşkilatçıları bayram münasibəti ilə tədbirdə iştirak edənləri təbrik etdilər.

Baxış sayı : 1025

gallery
gallery
gallery