1. Waterstones” kitab mağazası. Birləşmiş Krallıq, London
“Waterstone” İngiltərənin ən böyük kitab mağazasıdır. Geniş ərazini əhatə edən bu mağazanın daxilində dəftərxana və kiçik bir kafe də fəaliyyət göstərir.
2. “Blackwell’s” kitab mağazası. Birləşmiş Krallıq, Oksford
Oksfordda təkcə dünyanın ən yaxşı universiseti deyil, həm də hər bir janrda olan kitabların, xüsusilə də nadir elmi ədəbiyyatların belə rahatlıqla tapıldığı “Blackwell” kitab mağazası yerləşir.
3. “Barnes & Noble” kitab mağazası. ABŞ, Nyu-York
Ginnesin Rekordlar Kitabına əsasən dünyanın ən böyük kitab mağazası “Barnes & Noble”dır. Burada təkcə kağız kitabların deyil, eyni zamanda elektron kitabların satışı həyata keçirilir.
4. “Powell’s books” kitab mağazası. ABŞ, Oreqon
ABŞ-ın Oreqon ştatında yerləşən “Powell’ books” mağazası yeni ikinci əl və nadir tapılan kitabların satışı ilə məşğuldur. Bu mağaza o qədər böyükdür ki, burada oxucuların axtardıqlarını rahatlıqla tapa bilmələri üçün xəritə belə mövcuddur.
5.“ El Ateneo Grand Splendid” kitab mağazası. Argentina, Buenos Aires
Cənub yarımkürəsində yerləşən ən böyük kitab mağazasıdır. Bir zamanlar teatr binası olan bu mağazaya ziyarətçilər təkcə kitablara görə deyil, həm də oranın daxili arxitekturasını görmək üçün gəlirlər.