Uşaqlara kiçik yaşlarından kitab oxumağı necə sevdirək?

Pedaqoqlar və pediatrlar bildirirlər ki, kitab oxumağın uşaqlar üçün əvəzsiz faydaları var. Kitablar ailə həyatının bir parçası olduqda uşaqların dil bacarıqları daha tez inkişaf edir. Körpələr və uşaqlarla kitab oxumaq beyini, təxəyyülü, emosiyaları inkişaf etdirir. Kitablar həmçinin dəyərləri və həyatda qarşınıza çıxa biləcək çətinlikləri uşaqlara öyrətməkdə valideynlərə kömək edir.

            Sent-Luis Uşaq Xəstəxanasının Pediatriya üzrə baş rezidenti, Amerika Pediatriya Akademiyasının üzvü Şeyla Razdanın kitab oxumağı uşaqlara sevdirmək üçün maraqlı məsləhətləri var:

·        Özünüz oxuma vərdişlərinə yiyələnin. Əgər uşaqlar sizin oxuduğunuzu görsələr, bu zaman onlar da sizin kimi  kitab oxumaq istəyəcəklər.

·        Yatmazdan əvvəl övladınızla birlikdə oxuyun. Günün sonunda birlikdə səmərəli vaxt keçirin. Hekayəni, nağılı yarıda saxlayıb əsərin davamı haqqında onunla danışın. “Səncə, bundan sonra nə olacaq?” kimi suallar verin. Bəzi günlər yerlərinizi dəyişə və məktəbli övladınızdan sizə kitab oxumasını xahiş edə bilərsiniz. 

·        Onların oxuduqlarını oxuyun. Uşaqlarınızın oxuduqlarını oxumaqla onların maraqlarını izləyin. Bu, kitab oxumağı daha əyləncəli edir.

·        Oxumaq hər bir halda yaxşıdır. Uşaqlara bildirin ki, nə ilə maraqlanmalarından asılı olmayaraq, oxumaq əladır. Bədii ədəbiyyat, bioqrafik əsərlər, uşaq jurnalları, komikslər və ya hətta mətbəxdə yemək kitabı oxumaq belə!

·        Oxu guşəsi düzəldin.  Evinizdəki rahat, əylənmək üçün əlverişli yer ailənin “oxu zonası” ola bilər. Sadəcə döşəkçə, yastıq və ya lampa əlavə edə bilərsiniz. 

·        Ətrafınızda kitablar saxlayın. Əgər əlçatan bir yerdə hər zaman kitab varsa, uşaqların bir neçə dəqiqəlik kitabı götürüb oxumaq ehtimalı daha yüksək olar. Xüsusən də uşaq kitabları.

·        Səyahətlərdə oxumaq üçün uşaqlara kitab götürün. Maşınla səyahət etdikdə, yaxud növbə gözlədikdə asudə vaxtınızı kitablarla keçirin. Kitablar planşet və ya smartfon əvəzinə əla seçimdir.

·        Hədiyyə olaraq uşaq kitabları seçin. Uşaqlara ad günləri və bayramlarda  kitab hədiyyə edin. Kitabın içində xüsusi qeyd yazaraq onu özəl hədiyyəyə çevirə bilərsiniz.

Qeyd: "Libra kitab" uşaq kitabları nəşriyyatı olaraq 100-dən çox kitab nəşr etmişdir. Əgər siz də övladınız üçün kitab oxumasını və faydalı zaman keçirməsini istəyirsinizsə, "Libra kitab" uşaq kitabları nəşriyyatına üz tutun. 

İstinadlar:

1. “Ağıla və qəlbə işıq saçan sözlər” 2009

2. American Academy of Pediatrics Council on Early Childhood (Copyright © 2020)