Övladımızın gizli kabusu bullinq
- Müəllif : Kristin Oudmayer
- Tərcüməçi : Vüsalə Əfəndiyeva
- Silsilə adı : Müəllim və valideynlər üçün kitablar
- Səhifə sayı : 172
- Kitabın ölçüsü : 135x195
- Qiymət : 7.5 AZN
Baxış sayı : 2223
Baxış sayı : 2223
Bu kitab sırf şəxsi təcrübə əsasında elmi-kütləvi dildə yazılmışdır. Bu sahədə Azərbaycan dilinə tərcümə edilmiş ilk kitablardan sayılır. Kitab orijinaldan, yəni Norveç dilindən tərcümə edilmişdir. Əsərdə bullinqin mahiyyəti, əlamətləri və növləri, nəticələri və aradan qaldırılma yolları ilə bağlı fikirlər irəli sürülmüşdür. Bullinq qurbanlarının və törədənlərin mənəvi-psixoloji vəziyyəti araşdırılmış, bullinqlə mübarizədə dəyərli tövsiyələr səsləndirilmişdir. Ümid edirik ki, kitabı oxuyan hər bir oxucu bullinqin necə ciddi problem olduğunu görəcək, uşaqların dünyasını daha yaxından anlayacaq və istər-istəməz köməyə tələsəcəkdir.
Kitab əsasən müəllimlər, valideynlər, psixologiya və pedaqogika ixtisaslarının tələbələri üçün nəzərdə tutulmuşdur.
• Birbaşa və dolayı bullinq
• Bullinqə kim və nə üçün məruz qalır?
• Qurbanın əlamətləri
• Övladınız bullinqə məruz qaldıqda nə etməlisiniz?
• Bullinqin qarşısını ala bilərikmi?
• Bullinq törədənlərin əlamətləri
• Övladımızı buller olmaqdan çəkindirə bilərik?
• Bullinq törədən uşaqların və ailələrinin demonizasiyası
• Bullinqin digər ailə üzvlərinə təsiri
• Gizli bullinq və növləri
• Kiberbullinq
• Bullinqlə mübarizə metodları və s.